Oct 02 2019 21:40
Views: 359

Xocavəndin işğalından 27 il ötür. 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocavənd rayonunu ələ keçiriblər. Rayonun 4 ay mühasirədə olan  Qaradağlı kəndinə ermənilərin hücümu nəticəsində 77 nəfər şəhid olub, 110 nəfər girov götürülüb. Sonradan onlardan 49 nəfəri amansızılıqla qətlə yetirilib. Ümumilikdə, xocavəndlilər 13 nəfər qadın, 13 nəfər uşaq olmaqla 145 nəfər şəhid verib. Onların bir çoxu Şəhidlər Xiyabanında dəfn olunub.
Xocavənd rayonunun işğalı nəticəsində 10 min nəfərdən çox azərbaycanlı öz doğma yuvalarından didərgin düşərək bu gün məcburi köçkün həyatı yaşayır. 13 mindən çox xocavəndli bu gün Beyləqan rayonunda məskunlaşıb. İşğal zamanı Xocavənddə bir ailədən olan 3 uşaq hər iki valideynini itirib. Bununla yanaşı, Xocavənddə Azərbaycana məxsus maddi mədəniyyat nümunələri ermənilərin hərbi təcavüzü nəticəsində dağıdılıb, talan edilib və mənimsənilib, bir çoxu isə ümumiyyətlə yer üzündən silinib. Dağlıq Qarabağın Azərbaycanlı icması beynəlxalq ictimaiyyəti bu haqsızlığa susmamağa çağırıb.


Create Account



Log In Your Account