Mar 31 2020 18:52
Views: 308

Azərbaycanda koronaviirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hüquq mühafizə orqanları Bakı küçələrində profilaktik reydlərə başlayıb. Onlar vətəndaşlara tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin önəmini izah edir, qaydalara riayət etməyə çağırır. Mərkəzi küçə və məhəllələrdə səsgücləndiricilərlə vətəndaşları karantin rejiminin qaydalarına əməl etməyə səsləyir. Mərkəzi küçələrdə hüquq mühafizə orqanları əməkdaşları profilaktik reydlər keçirir. Karantin rejimini pozanlar arasında 65 yaşdan yuxarı vətəndaşlara da rast gəlinir. Polislər onlara tətbiq olunan bu məhdudlaşdırma tədbirlərinin onların öz təhlükəsizliyi üçün vacib olduğunu xatırladır. Qeyd edək ki, Azərbaycanda koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində bütün parklar, kafe və restoranlar, ticarət mərkəzləri və insanların sıx toplaşdığı digər məkanlar bağlanıb. İnsanlardan ehtiyac olmadıqda evdən çıxmamaq tələb olunur.


Create Account



Log In Your Account