Apr 04 2018 18:33
Views: 602

Sentyabırda  Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin Qlobal Forumu keçiriləcək. Gənclərin sosial layihələrinin  başlanmasında yeni era olacaq  forum çərçivəsində   5 gün ərzində  intellektli  və əqli məhdudiyyəti  olan liderlər  inkluzivliyi təbliğ edecəklər.  Gənclər və idman Naziri Azad Rəhimov  bildirib ki, forumda 30 ölkədən 300-ə yaxın nümayəndə iştirak edəcək.Tədbir, iştirakçı ölkələrdə cəmiyyətin bu sahəyə daha geniş və əhatəli diqqət yetirməsi  üçün böyük təkan verəcək .
Xüsusi Olimpiya Avropa və Avrasiya Hərəkatının prezidenti Devid Evangelista Azərbaycanda  idmanın inkişafına, gənclərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. Bildirib ki, bu gün Xüsusi Olimpiya Hərəkatının 5 milyona yaxın üzvü və 170 ölkədən tərəfdaşları var.O, Azərbaycanın bu tədbir üçün təsadüfən seçilmədiyini deyib.
Tədbirdə Xüsusi Olimpiya Hərəkatının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.Daha sonra Xüsusi Olimpiya Gənc Liderlərinin Qlobal Forumunun Azərbaycanda keçirilməsi ilə bağlı memorandum imzalanıb.
Xatırladaq ki,1990-cı ildə təməli qoyulan Azərbaycan Xüsusi Olimpiya Hərəkatı sıralarında bu gün 5 minə yaxın idmançını birləşdirir.


Create Account



Log In Your Account