Nov 08 2019 16:46
Views: 81

Yeni bacarıqlara yiyələnmək, özünü cəmiyyətdən təcrid olunmuş hiss etməmək və yeni dostlar qazanmaq... “Qayğı” Sağlam Nəsil Naminə ictimai birliyi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bu imkanı yaradıb. Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə təsis edilən bu təşkilat uşaqları Bayraq günü münasibətilə sevindirib. Paytaxtdakı ticarət mərkəzlərindən birində bu uşaqların iştirakı ilə təşkil olunan fləşmob Bakı sakinlərinin də böyük marağına səbəb olub. Flaşmob iştirakçısı olan uşaqlar əllərində Azərbaycan bayraqları ilə milli musiqinin sədaları altında rəqs ediblər.

Valideynlər bildirirlər ki, bu cür tədbirlər uşaqlarda vətənpərvərlik hissinin aşılanmasında mühüm rol oynayır. Eyni zamanda onların cəmiyyətə daha yaxşı inteqrasiya olunmasına imkan verir.

Uşaqların üzündəki təbəssümdən onların bu tədbirdən nə qədər zövq aldıqlarını görmək olar. Onların bu müsbət emosiyaları isə ətrafdakı hər kəsin üzünü güldürür.


Create Account



Log In Your Account