Jan 23 2020 21:08
Views: 264

1994-cü ildə Füzuli istiqamətində işğalçı Ermənistan silahlı qüvvələri ilə döyüşdə həlak olan və şəxsiyyəti müəyyən edilmədən İmişli rayonunda dəfn olunan şəhidin nəşi Yevlaxda torpağa tapşırılıb. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının araşdırmaları nəticəsində məlum olub ki, həmin şəhid 1994-cü il yanvarın 19-da Füzuli rayonu ərazisində gedən döyüşlərdə itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınan Vəlyəddin İbrahimovdur. Onun nəşi eksqumasiya edilərək qohumlarının istəyi ilə Yevlaxa gətirilib və hərbi rituallara uyğun olaraq şəhərdəki Şəhidlər Xiyabanında dəfn edilib.


Create Account



Log In Your Account