Apr 05 2018 16:32
Views: 538

Azərbaycan Xalça Muzeyində yeni hazırlanmış xalça və çeşnilərdən ibarət sərgi açılıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Xalça Muzeyi və Zirə Mədəniyyət Mərkəzi – Eko-Parkın təşkilatçılığı ilə reallaşıb.
Sərgi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə xaricdən ölkəmizə gətirilən XVII əsrə aid Qarabağın tanınmış “Xətayi” xalçası da Azərbaycan Xalça Muzeyinə təqdim olunub. “Xətayi” xalçası Azərbaycan xalçaları arasında özünəməxsus yer tutur. Çünki bu xalçalar vaxtilə Qarabağda toxunar və İpək Yolu vasitəsilə xarici ölkələrə daşınardı.
Zirə Mədəniyyət Mərkəzi – Eko-Parkın həyata keçirdiyi “Bakı xalçaları. Yeni çeşnilər” layihəsi çərçivəsində Bakı qrupuna aid yeni 29 xalça çeşnisi tərtib olunub. Bunların əsasında xalçalar toxunub, “Bakı Xalçaları. Yeni çeşnilər” adlı kitab hazırlanıb. Sərgi çərçivəsində həmin kitabın təqdimatı da olub. Kitabda Bakı kəndlərində tətbiqi sənətin tarixi, klassik sənətkarlıq ənənələri, yeni yaradılan çeşnilər, Bakı xalçaçılıq qrupu haqqında məlumatlar əksini tapıb.


Create Account



Log In Your Account