Jul 24 2019 18:29
Views: 242

Gərgin qəbul imtahanları geridə qaldı. Artıq ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlayıb. Abituriyentlər qəbul olmaq istədikləri ixtisasları “Abituriyent” jurnalının 4-cü nömrəsindən seçib, onların kodlarını Dövlət İmtahan Mərkəzinin saytında “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiqləməlidirlər. Mütəxəssislər hesab edirlər ki, ixtisas seçimində hədəfli düzgün müəyyən etmək ən vacib şərtlərdən biridir.

Mütəxəssislər hesab edir ki, seçimi abituriyentlərin öz ixtiyarına buraxmaq ən doğru yoldur.

Abituriyentlər imtahan verdiyi ixtisas qrupuna aid olan 15-dək ixtisas kodunu qeyd edə bilərlər. I, II, III, IV ixtisas qruplarından hər hansı biri və V ixtisas qrupu üzrə tələbləri ödəyən abituriyentlər hər iki qrupun ixtisaslarını seçməlidirlər. I-IV ixtisas qruplarından iki müxtəlif ixtisas qrupu üzrə imtahan verən abituriyent şərtləri ödədiyi halda hər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər. I-IV qruplardan biri üzrə iki dəfə imtahan verən abituriyentlər isə müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini seçməlidirlər. Abitururyent hədəflədiyi ixtisasa uyğun bal toplaya bilmədikdə mütəxəssislərlə məsləhətləşməsi tövsiyə olunur.

İxtisas seçimi iyulun 24-dən avqustun 6-sı saat 23.59-dək internet vasitəsilə aparılır. Abituriyentlər məslətəh üçün Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya Universitetlərində ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.

Rayon Təhsil Şöbələrində abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər haqqında ödənişsiz kömək göstəriləcək.

 


Create Account



Log In Your Account