Jun 10 2019 18:31
Views: 329

Yay aylarında aktual olan turizm növlərindən biri də dəniz turizmidir. Dəniz turizmi istiqamətini inkişaf etdirmək və insanların Xəzər dənizində səmərəli istirahətini təmin etmək məqsədilə dövlət başçısının tapşırığı ilə bu istiqamətdə avtomobil yolları yenidən qurulur. Bu tapşırığın icrası ilə əlaqədar olaraq dəniz mövsümü öncəsi 25 km uzunluğa malik Xudat-Nabran avtomobil yolu yenidən qurulub.

Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 49-74-cü km-lik hissəsini təşkil edən Xudat-Nabran yolunun bərpası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək sürətlə və keyfiyyətlə, bu yoldan istifadə edən vətəndaşlarımızın gediş-gəlişinə maneə yaratmadan icra olunub.

Gəndob-Xaçmaz-Yalama-Rusiya federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xudat-Nabran hissəsi III texniki dərəcəyə uyğun bərpa olunub. Yolun hərəkət hissəsi 7.5 m enində nəzərə alınmaqla və 2 layın döşənməsi işləri aparılmaqla asfaltlanma 180 min kv.m-dən çox sahəni əhatə edib.


Create Account



Log In Your Account