Jul 11 2019 18:03
Views: 769

21-27 iyul tarixlərində Azərbaycanda XV Avropa Gənclər Yay Olimpiya festivalı keçiriləcək. Yarışda iştirak üçün Bakıya 4minə yaxın idmançı və nümayəndə heyəti üzvləri  gələcək. Atletlər 10 idman növündə medallar uğrunda mübarizə aparacaq. Minlərlə könüllü festivalda iştrak edəcək.
Açılış mərasiminə biletin qiyməti 10-15 manat, bağlanış mərasiminə biletin qiyməti 5-10 manatdır. Hər iki mərasim Baku Crystal Hall-da təşkil olunacaq. Yarışları izləməksə ödənişsizdir. Azarkeşlər kassalardan pulsuz biletləri götürüb arenadan yarışları izləyə biləcəklər.
XV avropa gənclər olimpiya festivali gənc idmançıların daha böyük idman yarışlarına hazırlığı üçün yaxşı imkandır.
Festivala akreditasiyası olan şəxslər, bəzi nəqliyyat vasitələrindən pulsuz istifadə edə biləcəklər.
 Yarışlarda 14-18 yaşlı atletlər iştrak edəcək. Festival çərçivəsində əyləncə proqramı da təşkil olunacaq.

 


Create Account



Log In Your Account