May 22 2019 18:51
Views: 315

Avrasiya mediaforumunun ilk günü tanınmış jurnalistlərin ustad dərslərinə həsr olunub.  İştirakçılar ekoloji jurnalistika, kinofilmlərin prodüserliyi, frilanser fəaliyyəti, virtual reallığın yaradılması, mobil jurnalistika haqqında biliklərini zənginləşdirmək imkanı qazanıb. Eyni zamanda, fotojurnalistikanın sirləri barədə də məlumat verilib. Dünyanın aparıcı KİV-lərinin əməkdaşları və dövlət qurumlarının nümayəndələri əhatəli mühazirə və seminarlar təqdim ediblər.

Avrasiya mediaforumunun keçirilməsi təşəbbüsü ilə 2000-ci illərin əvvəllərində Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev çıxış edib. O, bu forumu beynəlxalq dialoq üçün yeni kanal adlandırıb. Forum çərçivəsində indiyədək 6 mindən çox əcnəbi, o cümlədən nüfuzlu media qurumlarının 1500 təmsilçisi Qazaxıstana səfər edib. Builki forumun rəsmi açılış mərasimi mayın 23-də keçiriləcək.

Ənənəvi olaraq tədbiri təşkilat komitəsinin sədri Dariqa Nazarbayeva açır. Media forum mayın 24-də başa çatacaq.


Create Account



Log In Your Account