Oct 23 2019 18:41
Views: 326

"Din orta əsrlərdə bütün sahələrə təsir göstərsə də, dövlətlərin idarəçiliyinə, cəmiyyətdaxili münasibətlərə o qədər ciddi təsir etmir". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "XXI əsrdən baxış: dövlət, cəmiyyət və din" mövzusunda keçirilən konfransda bildirib.

Komitə sədri qeyd edib ki, XXI əsrdə din-cəmiyyət münasibətinə, fərdlərin dinə münasibətinə nəzər saldıqda, ilk növbədə bu əsrin çağırışları və təhdidləri üzərində dayanmaq lazımdır. Konfrans dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər, həyata keçirilən layihələr, dinin cəmiyyət həyatında, mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu barədə müzakirələrlə davam edib. Bildirilib ki, ailə münasibətlərində də ciddi dəyişikliklər baş verib. Artıq tənha, ailə qurmadan yaşamaq meylləri güclənir. Bu da insanların inanclarına öz təsirini göstərir.


Create Account



Log In Your Account