Apr 05 2018 16:27
Views: 481

Bu il “Xəzər balladası”nın 50 yaşı tamam olur. İllər keçsə də, bu əsər aktuallığını və marağını itirməyib. O, yenidən Azərbaycan tamaşaçılarına təqdim edilib. Əsəri 1968-ci ildə  azərbaycanlı bəstəkar Tofiq Bakıxanov  ərsəyə gətirib.  Onu bu əsəri yazmağa müəllimi ilhamlandırıb.
“Xəzər balladası” baleti  bu gün də məşhurluğunu qoruyub saxlayır. Əsər özündə  Azərbaycan neftçilərinin obrazını, Xəzərin cuşa gələrək dalğalanmasını əks etdirir. Balet  öz dövrünün ən gözəl və müasir detallarını özündə cəmləyib.
 “Xəzər balladası” Fransada 7-ci beynəlxalq  rəqs festivalında  nümayiş olunub. Qısa müddətdə əsər 30 dəfə  tamaçaçılara təqdim edilib. Daha sonra əsər Avropa ölkələrində və Sovet İttifaqı respublikalarında nümayiş olunub.
Tənqidçilərin  fikrincə,   balet   poeziya və romantik baxışlarla  yaradılıb. Bu gün də “Xəzər balladası” insan  mənəviyyatının və gücünün   qabarıq  şəkildə nümayiş etdirildiyi  əsərlərdən biri sayılır.


Create Account



Log In Your Account