Sep 25 2019 18:58
Views: 387

Nyu-Yorkun Harvard klubunda Xəzər Siyasət Mərkəzi və ABŞ-ın Ticarət Palatası ikinci Xəzər Biznes Forumu keçirib. Forumun təşkilinə  Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Özbəkistan səfirlikləri də dəstək verib. Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Nifti qeyd edib ki, tədbir yeni istiqamətlər araşdırmaq və yeni investisiya imkanları yaratmaq üçün yaxşı platformadır. Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycan ilə ABŞ arasında ticarət əlaqələrinin sürətlə genişləndiyini bildirib. Elmar Məmmədyarov Cənub Qaz Dəhlizi layihəsinin böyük dəstək gördüyünü bildirib.

ABŞ Dövlət katibinin Qafqaz və Şərqi Avropa ölkələri üzrə müavini Corc Kent Xəzər regionunun ABŞ üçün vacibliyini vurğulayıb. O, İtaliya tərəfinin ən qısa zamanda işləri tamamlamasına və Cənub Qaz Dəhlizinin gələn il istifadəyə verilməsinə böyük ümid bəslədiyini bildirib. SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov isə deyib ki, Azərbaycan Avropa ölkələrinə enerji mənbəyinin ötürülməsinə hər zaman hazırdır.

 


Create Account



Log In Your Account