Jul 27 2019 14:46
Views: 187

Xəzər dənizində İrana məxsus gəmi batıb. “Şəbahəng” quru-yük gəmisinin ekipaj üzvləri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd gözətçi gəmisi xilas edib. Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda bildirlir ki, Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri də cəlb olunub.  Havanın sabitləşməsi əməliyyatın uğurla aparılmasına imkan verib.
Gəminin xilas edilmiş heyət üzvləri Bakıya gətirilib. Heyət üzvlərindən 7 nəfəri İran, ikisi isə Hindistan vətəndaşıdır.
Sərhəd gözətçi gəmisi və helikopterlər hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib. Gəmi heyəti xilas edildikdən sonra saat 16:22-də gəmi batıb.
Gəminin batmasına səbəb kimi ağır yükün olması və fırtınalı hava şəraiti göstərilir.


Create Account



Log In Your Account