Jun 01 2019 16:33
Views: 232

Dünyanın 30-dan çox ölkəsindən gəlmiş 600-dən çox nümayəndə, 40 məruzəçi və ən iri beynəlxalq neft-qaz şirkətlərinin təmsilçiləri. 26-cı beynəlxalq Xəzər neft və qaz sərgi-konfransı Xəzər regionunun energetika sahəsində kommersiya və dövlətlərarası dialoqun aparılması üçün əsas platforma statusunu növbəti dəfə təsdiqlədi. Konfransın əsas mövzusu enerji təhlükəsizliyi və dayanıqlığa, qlobal inkişafa aparan yolun müzakirəsindən ibarət oub.

Ümumilikdə, neft-qaz konfransının proqramı çoxşaxəli və zəngin olub. Plenar sessiyalarda qlobal inkişafa doğru sinerji, sənaye, energetik və ekoloji təhlükəsizlik, innovasiyalı texnologiyaların energetika sektorunun daxili infrastruktura inteqrasiyası, geoloji kəşfiyyat, daunstrim sektorunun təkamülü və bir çox digər mövzu müzakirəyə çıxarılıb.

Hər il Xəzər neft qaz sərgisində memorandumlar, sazişlər, gələcək əməkdaşlığa dair razılaşmalar imzalanır. Bu il də sərgidə dünyanın hər nöqtəsindən olan şirkətlərin stendləri təqdim olundu. Sərgi iştirakçılarının əksəriyyətinin xarici şirkətlər olması sərgiyə və bütövlükdə Azərbaycanın özünə qarşı böyük beynəlxalq marağın mövcudluğunu bir daha ortaya qoymuş oldu.


Create Account



Log In Your Account