Mar 14 2019 18:40
Views: 356

“İndiyə qədər hər il gübrə idxalına 80-90 milyon dollar vəsait sərf olunurdu. Bu gün isə bu ehtiyyac Dövlət Neft Şirkətinin Karbamid zavodunun sayəsində aradan qaldırılıb.” Bunu SOCAR-ın Prezidenti Rövnəq Abdullayev Bakıda "Argus Mineral Gübrələr 2019. Xəzər-Qara dəniz regionunda istehsal və logistika” konfransında çıxışı zamanı deyib. Rövnəq Abdullayev qeyd edib ki, SOCAR ölkədə qeyri-neft sektorunun inkişafa dəstək vermək bir çox layihələr həyata keçirir. Karbamid zavodu da onlardan biridir.

Karbamid zavodunun direktoru Xəyal Cəfərov bildirib ki, “SOCAR karbamid” zavodunda istehsal olunan məhsulun ixracına may ayının ikinci yarısında başlanılacaq. Onun sözlərinə görə, ildə 500 min ton karbamidin ixracı nəzərdə tutulur və bu həcmin böyük hissəsi Türkiyə bazarına yönəldiləcək.

Konfransda Azərbaycanın beynəlxalq gübrə bazarına çıxışı, Qara dəniz və Aralıq dənizi regionlarında ammonyak və karbamid bazarlarının icmalı, Xəzər regionu gübrə istehsalçılarının ixrac tədarüklərinin əsas istiqamətləri, yeni yük boşaltma və yükləmə potensialına tələbat müzakirə olunur.

Qeyd edək ki, sabah konfrans içtirakçıları üçün SOCAR Karbamid zavodunun istehsal ərazisinə səfər təşkil ediləcək.


Create Account



Log In Your Account