Aug 10 2019 20:00
Views: 751

Birinci Xəzər İqtisadi Forumu region ölkələri arasında iqtisadi əlaqələrin inkişafına önəmli töhfə verə bilər. Türkmənistanda avqustun 11-12-də keçiriləcək tədbirdən gözləntiləri şərh edəb ekspertlərin rəyləri belədir. Tədbirin son günü beynəlxalq Xəzər gününə təsadüf edir. müzakirəsi gözlənən mövzular arasında nəqliyyat, ticarət, energetika kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi var.
Analitiklərin fikrincə, forumda liderlərin gündəliyindəki əsas mövzular iqtisadiyyatla bağlı olsa da, bəzi başqa məsələlərə də diqqət yetiriləcək.
Xatırladaq ki, 2018-ci il avqustun 12-də Qazaxıstanda keçirilən sammitdə 5 Xəzəryanı ölkə dənizin statusu ilə bağlı konvensiyanı imzalayıb. Bu istiqamətdə uzun illər aparılan iş və müzakirələr öz nəticəsini verdi. Bu tarixi hadisə qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar açıb. İlk Xəzər İqtisadi Forumunun keçirilməsi təşəbbüsündə əsas məqsəd də beynəlxalq işgüzar tərəfdaşlığa yeni təkan verməkdir.


Create Account



Log In Your Account