Aug 05 2020 18:09
Views: 316

Günəş, isti qum və dəniz! Artıq hər kəs bu təbii istirahətdən yararlana biləcək. Lakin pandemiya dövrünün qaydalarına riayət etmək şərtilə.

bu Proqram təminatı istirahətə gələnlərin təhlükəsizliyi təmin etməklə yanaşı, həm də limiti dolan çimərliklər barədə xəbər verir. Belə olanda, vətəndaş dolu çimərliyə gəlib vaxt itkisinə yol vermir. Cimerlik.az saytinda çimərliklərin siyahısı, sıxlıq səviyyəsi, ünvan və buradakı şərait barədə məlumatlar əldə etmək olar. Məlumatların doğruluğunu və operativ olaraq yenilənməsini təmin etmək məqsədilə giriş-çıxışın yoxlanılması prosesinə minə yaxın ASAN könüllüsü cəlb edilib.

İcazə verilən bütün çimərliklərin girişində məlumat lövhəsi quraşdırlıb. Həmin lövhədə koronavirusa yoluxmamaq üçün bütün təhlükəsizlik tədbirləri əks etdirilib.

Həmçinin hər yerdə dezinfeksiya  məhlulları yerləşdiirlib, duş kabinaları və sanitar qovşaqların dezinfeksiyası üçün xüsusi şərait yaradılıb. Səsgücləndirilər vasitəsilə vətəndaşların tələb olunan qaydalara riayət etmələri üçün mütəmadi şəkildə müraciətlər səsləndirilirr. Ara məsafəsinin qorunması, tullantıların atılması barədə məlumatlar da istirahətə gələnlərin diqqətinə çatdırılır.

Çimərliyə üz tutanlar üçün seçilmiş ərazilərdə bütün lazımi tədbirlər görülüb. Bura həmçinin insanların təhlükəsizliyini təmin etmək məqsədilə xilas edicilər də təhkim edilib.

Karantin qaydalarının yumşaldılması bizi nə qədər ümidləndirsə də ehtiyatı əldən buraxmaq lazım deyil. Qoyulan qaydalara bundan sonra da ciddi şəkildə əməl etsək daha da müsbət nəticələr əldə edə bilərik. Bunun üçün xüsusilə vətəndaşların aidiyyatı qurumlar tərəfindən məsləhət bilinməyən və çimmək baxımından tərkibi zərərli olan ərazilərə üz tutmamaları və risklərə yol verməmələri tövsiyyə olunur.


Create Account



Log In Your Account