Feb 12 2019 18:22
Views: 680

“Türkiyə Böyük Millət Məclisi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin və parlamentinin 100 illiyi ilə əlaqədar xatirə sikkələri hazırlanıb və deputatlara təqdim olunub. Bu barədə Milli Məclisin plenar iclasında parlamentin sədri Oqtay Əsədov məlumat verib. Spiker Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırıma təşəkkür edib. Cari məsələlərin müzakirəsi zamanı deputatlar minimum əmək haqqının yaşayış minimuma çatdırılması haqda prezidentin fərmanını alqışlayıblar. Və bunun 450 min insanın maaşını artımına təsir edəcək.

Deputatlar qeyd ediblər ki, bu gözəl təşəbbüs hələ qüvvəyə minməmiş bəzi işbazlar ərzaq qiymətini süni şəkildə artırmağa çalışırlar. Buna isə  yol vermək olmaz.

Millət vəkilləri Azərbaycanın xarici siyasəti, xüsusilə də Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət yetiriblər. Milli Məclisin vitse-spikeri Bahar Muradova qeyd edib ki, ötən ilin sonundan danışıqlar prosesində müəyyən hərəkətlənmə müşahidə olunub. Bu isə bəzi dairələri narahat edib və onlar gündəmi dəyişmək üçün müxtəlif vasitələrə əl atırlar

“Biz bu səyləri göz önünə alaraq diqqətimizi əsas məqsədimizə yönəltməliyik. Beynəlxalq təşkilatlar çərçivəsində, ikitərəfli və çoxtərəfli əsasda bu məsələnin həllinə, Azərbaycanın artan iqtisadi və hərbi qüdrətinin qarşısında və bunun da digər bir parametri kimi çıxış edən  ölkə vətəndaşlarının sosial durumunun dövlətin daim diqqət mərkəzində olduğunu göstərən siyasətini nəzərə alara         , bütün bunların vahid məqsədə -   Dağlıq Qarabağ məsələsinin həllinə və danışıqlar prosesinin irəliləməsinə yönətməyə çağırıram. Bütün məqamlarda məqsəd bu olmalıdır. Biz heç zaman bizi bu mövqedən yayındıran dairələrin cəhdlərinə uymamalı və mövqeyimizi bu istiqamətə yönəltməliyik”.

Millət vəkili Elman Nəsirov xatırladıb ki, bu gün Ermənistan parlamentində ölkənin iqtisadi qurtuluşunu nəzərdə tutan 5 illik iqtisadi proqramın müzakirəsi başlayıb. Lakin bu proqramın reallaşması yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir.

Plenar iclasda Xəzər dənizində əməkdaşlığa dair bir neçə saziş müzakirəyə çıxarılıb. "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" Sazişə bir neçə protokol, "Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında" Saziş, "Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında" Saziş  təsdiqlənib. Qeyd olunub ki, bu layihələr Azərbaycanın milli maraqlarına cavab verir və Konvensiyanın imzalanmasından sonra Xəzərin statusundan irəli gələn məsələləri özündə əks etdirir. Eyni zamanda, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya da deputatların müzakirəsinə çıxarılıb

Konvensiya təsdqiləndikdən sonra deputatlar Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Birgə Bəyanatı, iki ölkə arasında viza rejiminin sadələşdirilməsi haqqında" Sazişi, bəzi qanunlara dəyişiklikləri və digər sənədləri ratifikasiya ediblər.


Create Account



Log In Your Account