Feb 12 2019 18:29
Views: 323

İnsan orqanizminə, canlılara və təbiətə zərər verən plastik məhsulların istifadəsini qadağan edən ölkələrin sayı artmaqdadır. Artıq dünyanın bir çox yerində plastik qabların istifadəsi məhdudlaşdırılır. Dəniz sahilinə, yol kənarlarına, parklara atılan plastik tullantılar xoşagəlməz görüntü yaratmaqla ilə yanaşı, insan sağlamlığına da ciddi təhlükədir. Dənizlərdə, okeanlarda isə canlılar üçün problemə çevrilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə tədbirlər həyata keçirir.

Növbəti aksiya dəniz kənarında baş tutdu. Bu dəfə nazirliyə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi də dəstək verdi. Bilgəh çimərliyinin bir hissəsində dəniz sahilinin plastik tullantılardan təmizlənməsi və toplanaraq təkrar emala göndərilməsi üçün iməclik keçirildi.

Plastik tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi və əhalinin maarifləndirilməsi məqsədilə keçirilən aksiyada 5 hektardan artıq sahil təmizlənib. Bu tullantılar yenidən emal məqsədilə aidiyyəti üzrə daşınıb.

Nazirlik ölkə prezidentinin “Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na dair sərəncamına uyğun olaraq, təbliğat işlərini davam etdirir.


Create Account



Log In Your Account