Dec 06 2019 15:22
Views: 148

“Gömrükdə “Yaşıl dəhliz” buraxılış sistemi özünü gözlədiyimizdən də artıq doğruldur”. Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. Onun sözlərinə görə, sistemin tətbiqindən 1 ildən də az vaxt keçməsinə baxmayaraq, artıq nəticələr göz qarşısındadır. Komitə sədri deyir ki, “Yaşıl dəhliz” buraxılışı sistemi üzrə ticarət dövriyyəsinin dəyərinin bu ilin sonunadək 7 milyard dollara çatacağı gözlənilir. Ticarət həcminin artması ilə yanaşı, həm də sərhəd-keçid məntəqələrində sıxlıq aradan qaldırılıb. Artıq sahibkarlar da mühasibatlıq uçot fəaliyyətini daha düzgün aparmağa çalışırlar ki, gömrük orqanlarında həm sürətli keçidi təmin etsin, həm də rahat fəaliyyət göstərə bilsinlər. Ona görə də gələn il ticarət dövriyyəsinin daha da artacağı gözlənilir. Səfər Mehdiyev mobil gömrük xidmətinin sahəsinin genişləndirildiyini bildirdi. Yeniliklərdən biri də gömrükdə elektron növbə sisteminin tətbiqidir. Gömrük sahəsində sahibkarların üzləşdikləri problemlər, onların həlli yolları ilə bağlı bu gün Caspian European Clubun təşkilatçlığı ilə növbəti B2B formatında görüş təşkil olunub. Görüşdə qurumun rəhbəri Telman Əliyev bildirib ki, bu il daha aktiv fəaliyyət qurulub, demək olar hər həftə görüşlər keçirilib, müxtəlif sahələrdə mövcud problemlər müzakirə olunub. Görüşlərdə səslənən təkliflər nəticəsində sonradan ticarətin asanlaşdırılması sahəsində həm qanunvericilikdə, həm də inzibati qaydada müəyyən tədbirlər görülüb. Sahibkarlar B2B forumunda DGK sədri Səfər Mehdiyevə qarşılaşdıqları çətinliklərlə bağlı məlumat veriblər. Həmçinin, il ərzində klubun işində aktiv fəaliyyət göstərən bəzi şirkətlərə sertifikatlar təqdim olunub.


Create Account



Log In Your Account