Mar 29 2019 18:17
Views: 1389

Bir neçə gün öncə “Diqlas” ticarət mərkəzində baş verən yanğının fəsadlarının aradan qaldırılması, ziyan dəymiş sahibkarların  problemlərinin öyrənilməsi və yardım göstərilməsi üçün İqtisadiyyat  Nazirliyində yaradılan işci qrupu fəaliyyətə başlayıb. Bu gündən etibarən komisiya Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin binasında  sahibkarları qəbul edir.

Komissiyada vətəndaşalrın problemləri ilə İqtisadyyat Nazirliyi ilə  birgə digər aidiyyatı qurumların nümayəndələri də məşğul olub. Sahibakrlar hadisə nəticəsində dəymiş maddi ziyan və problemləri haqda  komissiya üzvlərinə məlumat verib. Nazirlik öz növbəsində  sahiblkarlara dövlət vəsaiti hesabına maddi yardımla yanaşı, aşağı faizli kreditlər də təklif edir. Eyni zamanda, sahibkarların işlərini davam etdirmələri üçün müxtəlif ticarət mərkəzlərində yeni yerlər təklif olunub.

Hadisə nəticəsində zərərçəkən sahibkarlar da yenidən fəaliyyətlərini bərpa etmək üçün onlara göstəriləcək yardımı  gözləyir.

İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, gələn həftədən sahibkarlara pulun ödənilməsi üçün lazımı işlər görülür. Bu məqsədlə artıq ölkə başcısının sərəncamına əsasən, Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 3 milyon manat ayrılıb. Nazir sahibkarlara dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsinin vergi-gömrük orqanları vasitəsilə həyata keçiriləcəyini deyib.

Bir neçə gün öncə baş verən yanğında ilkin hesablamalara görə “Diqlas” ticarət mərkəzində 60-a yaxın, “Diqlas 2”də isə  110-a yaxın mağaza yanıb.

Xatırladaq ki, ötən gün prezident İlham Əliyev “Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla əlaqədar müşavirə keçirib. Ölkə başcısı yanğının baş vermə səbəblərinin araşdırılması və dəymiş ziyanın dəqiq hesablanması, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, onlara güzəştli şərtlərlə kreditlər verilməsi, fəaliyyətlərini davam etdirmələri üçün digər ticarət mərkəzlərində yerləşdirilməsi ilə bağlı  göstəriş verib.

 


Create Account



Log In Your Account