Sep 06 2019 15:56
Views: 538

Yeni Azərbaycan Partiyasının  mənzil qərargahında növbəti qanvermə aksiyası keçirilib. Aksiyanın hicri təqvimi ilə ilin ilk ayı olan Məhərrəm ayına salınması təsadüfi deyil. Məqsəd Aşura gününü qeyd edən müsəlmanların özünə xəsarət yetirməsi əvəzinə onların qan verməsi ənənəsini yaratmaqdır. 
Aksiyada Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov da iştirak edib. YAP İcra Katibliyi də daxil olmaqla, Bakı və Abşeron üzrə rayon təşkilatlarının nümayəndələri, Milli Məclisin deputatları da xəstələr, ehtiyacı olanlar üçün qan veriblər. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov hər kəsi bu aksiyaya qoşulmağa dəvət edib və qeyd edib ki, partiya fəalları yalnız Aşurada deyil, il boyunca müxtəlif sosial layihələri həyata keçirirlər.
Bundan əvvəl YAP müxtəlif rayonlarda qanvermə aksiyaları keçirib. Bu dəfə qanverməni YAP-ın mərkəzi qərargahında təşkil etmək qərara alınıb. Ümumilikdə, 300 nəfər qan verib. YAP rəsmiləri bu cür aksiyaların davam etdiriləciyini bildiriblər.


Create Account



Log In Your Account