Dec 20 2018 20:20
Views: 396

“Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı qəbul edilən qərarların 30 faizdən çoxu gənclərlə bağlıdır”. Bu fikirlər Yeni Azərbaycan Partiyasında “Dayanıqlı İnkişaf Məqsədləri gənclər üçün” mövzusunda konfransda səsləndirilib. Qeyd edilib ki, bu qərarların yerinə yetirilməsində gənclər fəal olmalıdırlar.
Dünyada 262 milyon yeniyetmə məktəbə getmir. Məktəb yaşında qaçqınların sayı 4 milyondur və onlardan 2 milyonunun məktəbə getmək imkanı yoxdur. Azərbaycanda isə təhsilin keyfiyyətinin artırılması, savadlı gənc nəslin yetişdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Son 10 ildə Azərbaycanda 3 min 200 orta məktəb inşa edilib və əsaslı təmir olunub, bir milyondan çox şagirdin təhsil şəraiti yaxşılaşdırılıb. Son bir neçə ildə 237 modul tipli məktəblər tikilib istifadəyə verilib.
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub və bu istiqamətdə mühüm işlər görüb. Ölkədə bütün sahələrdə, eləcə də, səmərəli məşğulluğun təmin edilməsi üçün önəmli tədbirlər həyata keçirilir.
BMT-nin Azərbaycandakı nümayəndəliyinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə eksperti gəncləri bu prosesdə fəal iştiraka çağırıb. Gənclər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən bəhs edən videoçarx da nümayiş olunub.


Create Account



Log In Your Account