May 11 2019 16:53
Views: 353

Yeni Azərbaycan Partiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib.
aksiya Zığ dairəsi-Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomobil yolunun kənarında baş tutub. Aksiyada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Yeni Azərbaycan Partiyasının sədrinin müavini Əli Əhmədov, partiya üzvləri, fəalları, deputatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.Əli Əhmədov deyib ki, aksiyanın keçirilməsi ilə ulu öndərin xatirəsi yad edilir. Digər tərəfdən Bakının ekoloji mühitinin yaxşılaşdırılmasına töhfə verilir. Milli liderin Bakının yaşıllaşdırılmasına böyük önəm verdiyini qeyd edən Əli Əhmədov onun ideyalarının davam etdirildiyini bildirib.


Create Account



Log In Your Account