May 20 2019 19:50
Views: 228

Yeni Azərbaycan Partiyası ilə Mədəniyyət Nazirliyi arasında Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair birgə Fəaliyyət Planına dair kommunike imzalanıb. Sənəd 2019-2020-ci illəri əhatə edir.
Azərbaycanın ən iri siyasi qurumu olan Yeni Azərbaycan Partiyası ölkənin təkcə ictimai-siyasi həyatında deyil, mədəni həyatında da yaxından iştirak edir. Bu ildən etibarən YAP ilə Mədəniyyət Nazirliyi arasında bu təmasları gücləndirəcək layihəyə start verilir. Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair iki qurum arasında birgə Fəaliyyət Planı hazırlanıb. Bu layihənin başlanmasına həsr olunmuş toplantıda baş nazirin müavini, YAP sədrinin müavini, icra katibi Əli Əhmədov birgə fəaliyyətin detallarını açıqlayıb. 
Layihənin əsas istiqamətləri barədə məlumat verən mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, əməkdaşlıq çərçivəsində Heydər Əliyev Mərkəzlərinə birgə səfərlər ediləcək, konsert, tamaşa və muzeylərin birgə ziyarəti  təşkil olunacaq. Bu layihə insanların mədəni rifahına və  mənəvi yüksəlişinə xidmət edəcək. 
Mədəniyyət Nazirliyi ilə birgə fəaliyyət planın təqdim edildi. Bildirildi ki, 2019-2020-ci illərdə H.Əliyev mərkəzlərinə, bayraq muzeylərinə səfərlər təşkil edilcək, fləşmoblar keçiriləcək, tarixi və əlamətdar tarixlərin hamısı qeyd olunacaq. Vətənin müstəqilliyi uğrunda şəhid olanların anım mərasimləri təşkil ediləcək. Bundan əlavə, müxtəlif dövrlərdə Azərbaycanın paytaxtı olmuş 5 qədim şəhəri birləşdirən mədəni marşrut üzrə infoturlar təşkil olunacaq. Vətənpərvərlik mövzusunda sərgilər, konfranslar, film nümayişləri ilə yanaşı, uşaqların iştirakilə qiraət müsabiqəsi təşkil ediləcək. Eyni zamanda, "Nəsimi İli" çərçivəsində də müxtəlif layihələr reallaşdırılacaq. Qeyd edildi ki, il boyunca tədbirlər planına əlavələr də ola bilər.


Create Account



Log In Your Account