Aug 02 2019 19:42
Views: 248

Yeni Azərbaycan Partiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Gənc nəslin ətraf mühitin mühafizəsində rolu” adlı yay məktəbinin bağlanış mərasimi olub. Qeyd olunub ki, ekologiya insan həyatı üçün ən önəmli məsələlərdən biridir. Millət vəkili, YAP-ın icra katibinin müavini  Siyavuş Novruzov bildirib ki, hakim partiya ekologiyaya aid layihələrin hər birində aktiv olmağa çalışır. Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev qeyd edib ki, bu yay məktəbi nazirlik və YAP-ın birgə həyata keçirdiyi ilk layihə deyil. Layihə ərzində iştirakçılar ekologiyanın müxtəlif sahələri ilə tanış olub, intellektual oyunlarda iştirak edib, media və internetin yaratdığı yeni imkanlar barədə təlimlərə qatılıb. Bu cür layihələrin davamlı təşkil olunacağı bildirib. Tədbir yay məktəbi iştirakçıların mükafatlandırılması ilə yekunlaşıb. Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev iştirak edən gənclərə uğurlar arzulayıb.


Create Account



Log In Your Account