May 06 2019 19:11
Views: 289

“Bu gün Yaponiya-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir. Azərbaycan prezidenti də bu əlaqələrin inkişafına xüsusi diqqət göstərir”. Bunu baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov  Yaponiyanın “Fuji Optical” şirkətinin məcburi köçkünlərin görmə qabiliyyətinin yaxşılaşdırılmasına Azərbaycana yardım missiyasının 15-ci ildönümünə həsr olunan tədbirdə dedi. Bildirdi ki, Yaponiya şirkəti Azərbaycan hökumətinin razılığı ilə 2005-ci ildən məcburi köçkünlərin və aztəminatlı insanların görmə qabiliyyətinin yaxşılaşdırılması üçün təmannasız müayinələr aparır.

15 il ərzində “Fuji Optical” şirkəti Azərbaycana humanitar yardım etmək üçün 2,8 milyon dollardan çox vəsait xərcləyib. Təqribən 59 min yüksək keyfiyyətli eynək və başqa əşyalar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı fəaliyyətinə dəstək olaraq ölkəyə gətirilib.

Şirkət mayın 7-13-də Yevlax, Goranboy rayonları və Bakı şəhərində 2400 məcburi köçkün, qaçqın və sığınacaq axtaran şəxsi müayinə etməyi planlaşdırır.

Qeyd edildi ki, şirkətin ölkəmizdəki uğurlu fəaliyyətinə görə Azərbaycan hökuməti adından baş nazir Novruz Məmmədovun imzası ilə Yaponiyaya təşəkkür məktubu ünvanlanacaq.


Create Account



Log In Your Account