Jul 07 2018 18:26
Views: 524

“YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış Hindistan rəssamı Şilpa Quptanın “Mən bu lisanə sığmazam” adlı fərdi sərgisi açılıb. Sərginin özəlliyi rəssamın araşdırmaları ilə bağlıdır. Belə ki, Şilpa Qupta əsrlər boyu yaradıcılığına və siyasi baxışlarına görə həbslərə məruz qalmış 100 şairin həyatını araşdırıb. Sərgidə nümayiş olunan əsərlər də məhz onların taleyinə həsr olunub.
Məkanın bütövlükdə ikinci mərtəbəsini əhatə edən installyasiya metal millərdən asılan 100 ədəd mikrofondan ibarətdir. Metal millərin hər birinə, müxtəlif şeir parçalarının əks olunduğu səhifə keçirilib. Öz növbəsində ayrıca asılmış mikrofon bu şeirləri oxuyur və yerdə qalan digər 99 mikrofon onu xorla əks-səda etdirir. Bir saatdan çox davam edən bu səs əsəri ingilis, ispan, ərəb, rus, Azərbaycan, türk, Çin, urdu və hind dillərində səslənir.
İnstalyasiyanın adı - “Mən bu lisanə sığmazam: 100 məhkum şair”  dahi Azərbaycan şairi İmadəddin Nəsiminin məşhur qəzəlindən götürülüb.
Bundan başqa sərgidə müxtəlif qeyri-adi installyasiyalar da nümayiş olunur. Xüsusi olaraq bu sərgi üçün rəssam öz “Görmürəm, eşitmirəm, danışmıram” fotoqrafik silsiləsinə yenidən qayıdaraq, bir-birini əhatəyə almış üç oxşar insanın bir-birinin gözlərini, qulaqlarını və ağzını yumduğunu təsvir edilən heykəl yaradıb. Şilpa Quptanın səs installyasiyası “YARAT” Müasir İncəsənət Məkanı və Edinburq İncəsənət Festivalı tərəfindən birgə sifariş edilib. Əsərlərin bəziləri daha sonra Edinburqda nümayiş etdiriləcək.


Create Account



Log In Your Account