Jul 12 2019 16:29
Views: 333

SSRİ sirkinin ənənələri, Bakı Dövlət Sirkinin tarixi və Qafqazın müasirliyi. Taus Maxaçevanın Azərbaycan Milli Arxivinə, filmlər və fotoşəkillərə əsaslanan instalyasiyası, xaotik, xəyali sirk mühitini yaradır və bura qeyri-adi, qəribə məxluqlarla doludur. Danışan at, sintetik ayılar, şirin cəhəngində gimnast bunlardan sadəcə bir neçəsidir. Rəssamin  “YARAT” Müasir İncəsənət Mərkəzində təşkil olunan “Şarivari” sərgisində məzhəkəli və çox vaxt da ziddiyyətli sosial-siyası fikirlər kimi səslənən hekayələri müasir dövrün gerçək sirkini şərh edir.

 “Şarivari” termini, spesifik sirk hərəkətinə – sinxron şəkildə təqdim edilən çoxjanrlı fərdi və qrup çıxışlarından ibarət kütləvi sirk tamaşasına istinad edir. Koreya-kanadalı Zadi Çanın YARAT” Müasir İncəsənət Mərkəzində təşkil olunan fərdi sərgisi isə yeni multimedia layihəsini təqdim edir.  Rəssam Atmosfer işıqlandırması, hərtərəfli səs sistemi, iriölçülü videoproyeksiyalar, heykəllər və kostyumlar vasitəsilə sualtı dəniz mühiti yaradır.

Sərginin kuratorları “Art Night”ın bədii rəhbəri Helen Nisbet və kurator assistenti Emi Baddır. Performans proqramının kuratoru Anna Fexdir. Hər iki sərgi sentyabrın 29-dək ziyarətçilər üçün açıq olacaq.


Create Account



Log In Your Account