Apr 26 2018 14:01
Views: 609

Sabah  Azərbaycanın ən məhşur idman yarışı,  Formula 1 Azərbaycan qranprisi start götürür. Artiq yarış üçün bütün işlər tamamlanıb.  Sürət avtomobillərinin yürüşü  İçəri Şəhərin  qala divarları ətrafında  və dənizkənarı bulvar ərazisində baş tutacaq. Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai  təşkilatı baxımdan  bütün hazırlıq işlərinin tamamlandığını deyib.  O, Formula 1 in  təşkilində  Marşalların  və könüllülərin rolunu xüsusi vurğulayıb.
Nigar Arpadarainin sözlərinə görə   Bakı qran prisinə tamaşa etmək üçün gələn əcnəbi turistlərin   sayı   kifayət qədərdir. Ötən il olduğu kimi  bu il də yarışa maraq yüksəkdir.
Formula 1  Azərbaycan qranprisi aprelin 27-dən 29-na kimi davam edəcək.Yürüş yolunun uzunluğu 6 kilometrdən artıqdır.Eni isə 13 metr təşkil edir.


Create Account



Log In Your Account