Oct 18 2019 20:06
Views: 354

20-ci yubiley bal yarmarkasında min bir dərdin dərmanı olan balın ən müxtəlif növləri satışa çıxarılıb. Yarmarkanın son günündə alıcı kütləviliyi müşahidə olunur
Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində keçirilən yarmarkada 37 rayon üzrə 321 iştirakçı qeydiyyata alınıb. Bu il yarmarkada 120 tondan artıq məhsul satışa çıxarılıb. Hər arıçıya 400 kq məhsul satışa çıxarmağa icazə verilib. Kənd Təsərrüfatı Nazirliyi yanında "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Musayev bildirib ki, bal məhsullarının satışı haqqında dəqiq statistik rəqəmlər yarmarka bitdikdən sonra açıqlanacaq.  
Balla yanaşı bu il satış yarmarkada arıçılıq məhsullarının satışı genişlənib. Arı südü, mumu, çiçək tozu, pətək və sair arıçılıq məhsullarını alanlar da az deyil. Yarmarka iştirakçıları da satışın  ötən ilə nisbətən yaxşı olduğunu deyir. Yarmarkanın təşkilatçılığının yüksək səviyyədə olduğunu qeyd edirlər.
Alıcılar da məhsul bolluğundan razılıq edir.
Bu il yarmarkada innovativ yeniliklər tətbiq olunub. Arıçıların qeydiyyatı onlayn aparılıb. Arıcılara  50 min banka təqdim olunub və hər bir bankanın üzərinə ştrix kod yapışdırılıb. Vətəndaşlar bu barkodlar vasitəsilə bal.kendden.az saytı vasitəsilə balın mənşəyi barədə ətraflı məlumat əldə edə bilir. “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkil etdiyi bal yarmarkaya sentyabrın 28-də start verilib.


Create Account



Log In Your Account