Oct 11 2018 18:10
Views: 198

Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Prezidentinin qeyd edib ki, bu il ölkənin davamlı inkişafını təmin edən bir sıra sənaye müəssisələri istifadəyə verilib.  Yaxın günlərdə Türkiyədə Azərbaycanın xaricdə ən mühüm layihələrindən biri olan Star Neft emalı zavodu istismara veriləcək. Layhəyə yatırılan investisiyanın həcmi 6 milyard dolları keçir. Azərbaycan Müəsissənin istismarından ildə yüzmilyonlarla dollar gəlir əldə edəcək.
İlin 9 ayının yekunları ilə bağlı nazirər Kabineti iclasındakı çıxışında Prezident Azərbaycanın iştirakı ilə həyata keçirilən digər bir layihə - “Şimal-cənub” nəqliyyat dəhlizi haqqında da danışıb. Bu nəinki Azərbaycan, həm də bütün regionun iqtisadi həyatında mühüm dəyişikliklərə səbəb olacaq beynəlxalq layihədir. Dövlət Başçısı çıxışında ölkənin nəqliyyat-tranzit potensialının da böyük olduğunu xüsusi vurğulayıb. Bu marşrutla göndərilən yüklərin həcmi sürətlə artmaqdadır. İlin əvvəlindən göndərilən yüklərin həcmi yüz dəfədən çox artıb. Azərbaycan indi tərəfdaş ölkələrlə layihənin tam şəkildə həyata keçirilməsi istiqamətində danışıqlar aparır.  
Eskspertlər Azərbaycanın ilin 9 ayı ərzində əldə etdiyi iqtisadi nailiyyətlər yüksək qiymətləndirir. Ümüumdaxili məəhsul, 0,8 faiz, qeyri-neft sektorunda isə 1 faiz artım qeydə alınıb. Sənaye istehsalında 2 faiz, qeyri-neft saənayesində isə 10,8 faiz artım olub.


Create Account



Log In Your Account