Jan 29 2019 15:25
Views: 377

Yaxın vaxtlarda  Hacıqabul Sənaye Məhəlləsində Rusiyanın  QAZ avtomobillərinin yığılması üçün yeni müəssisənin təməli qoyulacaq. Azərmaş Açıq Səhimdar Cəmiyyətindən verilən məlumata görə müəssədə yüngül  kommersiya tipli “Qazel next”,”Qazel biznes”  və   ortatonnajlı “Qaz on next “avtomobilləri istehsal olunacaq. Bununla yanaşı   müxtəlif variantlarda  xüsusi nəqliyyat vasitələrinin istehsalı da nəzərdə tutulur. Müəssisə illik min kommersiya avtomobili  istehsal edəcək. Bu Azərbaycanın avtomobil istehsalında daha bir yenilik olacaq. Ümumilkdə isə ötən ilin statistik  göstəricilərinə nəzər saldıqda Azərbaycanda  avtomobil istehsalında artım müşahidə olunub. Dövlət Statistika Komitəsinin məlumata görə, 2018-ci ildə maşın və avadanlıqların, digər  nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 282 milyon manatlıq məhsul istehsal edilib. Bu da 2017-ci illə müqayisədə 31 dəfə çoxdur. İndi ölkənin əsas avtomobil istehsalı Neftçala  Sənaye Məhəlləsində  fəaliyyət göstərən   Xəzər  Avtomobil Zavodunda həyata keçirilir. Azərmaş Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə zavod ötən il ərzində 1000 ədəd avtomobil istehsal edib.Satışların 40 faizi dövlət sifarişlərinin təmin olunmasına yönəldilib.60 faizini isə əhali alıb . Zavod bu ildən bütün standartlara cavab verən  avtomat ötürücü qutuya malik avtomobillər də  yığacaq.

Zaur Hacıyevin sözlərinə görə zavod  avtomobil sənayesinin inkişaf etdirilməsi   üçün  bu ildən Azərbaycanın bir sıra bölgələrində  ehtiyat hisələrin  yığılmasını da  həyata keçirəcək. Kənd təsərrüfatı təyinatlı  və yük daşıma üçün nəzərdə tutulan  texnikaların istehsalında da  müsbət irəliləyiş  olub. Belə ki Gəncə avtomobil zavodu  istehsalat birliyi 2018-ci ildə  sayca 10 mininci traktorunu konveyerdən çıxarıb. Ümumilkdə isə zavod 1300 müxtəlif modellərdə traktor, 697 traktor qoşqusu,100 ural,58 kamaz markalı avtomobil istehsal edib. Bununla yanaşı  məişət tullantılarının daşınması üçün nəzərdə tutulan 9 avtomobil də yığıb.

Ekspertlərin fikrincə   Azərbaycanda avtomobil istehsalının artması birbaşa Neftçala Sənaye  Məhəlləsində  Neftçala avtomobil zavodunun  istifadəyə verilməsilə bağlıdır. zavodun investisiya həcminin 75 faizi Azərbaycana,25 faizi isə İrana məxsusdur.

Ekspertlərin sözlərinə görə, sürücülər arasında yerli avtomobilərə  olan marağın artması ehtimalı çoxdur. Çünki idxal olunan nəqliyyat vasitələrindən fərqli olaraq yerli avtomobilər aksiz vergisidən azaddır. Tam yeni avtomobillərin  münasib, daha dəqiq desək 15 min manatdan başlayan qiymətlərlə təklif edilməsi əhalinin alıcılıq qabiliyyətinə uyğundur.


Create Account



Log In Your Account