May 06 2019 14:59
Views: 253

Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi qitənin Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərləri üçün seminar keçirib. Seminarda Avropa Milli Olimpiya Komitələrinin 40 ölkədən olan 70 nümayəndəsi, eləcə də, Avropa Olimpiya Komitəsinin nümayəndələri iştirak edib.  Gənclər və idman naziri Azd Rəhimov bildirib ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı dünyada mühüm idman tədbirlərindən biridir.

Tədbirdə Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətlərinin rəhbərlərinə “Bakı-2019" haqqında, texniki planlaşdırma və oyunqabağı keçirilən əməliyyatların bütün aspektləri barədə məlumat verilib. Bu məlumatlar əsasında onlar komandalarına müvafiq təlimlər verə biləcəklər. Seminar iştirakçıları geniş mövzuları əhatə edən iclaslarda iştirak edib, yerləşdirilmə, akkreditasiya, nəqliyyat və digər mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə ediblər. Azad Rəhimov bildirib ki, Azərbaycan bu mötəbər yarışa tam hazırdır.

Avropa Gənclər Yay Olimpiya Festivalı 21 - 27 iyulda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idman nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.


Create Account



Log In Your Account