May 04 2019 18:45
Views: 497

Azərbaycan həm Yaxın Şərq və Körfəz ölkələrində, həm də Avropa  və MDB ölkələrində  turizim potensialını sərgiləmək, təbliğat işlərini aparmaq üçün  müxtəlif tədbirlər həyata keçirib. Görülən işlərin nəticəsi olaraq bu ilin yay mövsümündən böyük gözləntilər var. Bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə CBC-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, ötən ilin sonundan etibarən 6 xarici ölkədə Azərbaycanın rəsmi xarici turizm nümayəndəlikləri fəaliyyət göstərir. Bundan başqa ölkənin turizim potensialını təbliğ etmək üçün Azərbaycana bloggerlər və xarici media nümayəndələri dəvət olunub, B2B formatında tədbirlər təşkil edilib. Eyni zamanda, müxtəlif  üsullardan istifadə edilməklə xaricdə turizim məhsullarının tanıdılması reallaşdırılıb. Kənan Quluzadə bildirib ki, bu yay mövsümündə aparılan təbliğat işlərinin  müsbət nəticələrini görmək olacaq.

Azərbaycana gediş-gəlişi sadələşdirmək üçün nəqliyyat strukturları ilə müvafiq işlər görülür. Eyni zamanda  turistlər üçün viza məsələlərinin daha da sadələşdirilməsi  düşünülür. Qonşu ölkələr olan İran, Gürcüstan, Rusiya ilə birgə marşrut xətləri üzərində işlər aparılır.

Bu il turistlər üçün “Yanardağ  qoruğu” yeni konsepsiyada təqdim olunacaq.

Azərbaycanın ayrı-ayrı bölgələrində müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, otellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin ölkəyə marağını artırıb. Bunun nəticəsində ötən il Azərbaycana dünyanın müxtəlif ölkələrindən 2,8 milyondan çox turist gəlib.


Create Account



Log In Your Account