Jun 24 2019 19:14
Views: 249

“Bolqarıstan və Azərbaycan strateji mövqedə yerləşir. Elə buna gör də hər iki ölkə strateji tərəfdaş kimi əməkdaşlıq edir.” Bunu Azərbaycanda səfərdə olan Bolqarıstanın Baş Nazirinin müavini və Xarici İşlər naziri Yekaterina Zaxaryeva deyib. Azərbaycanın xarici işlər naziri  Elmar Məmmədyarovla görüşən Yekaterina Zaxaryeva bildirb ki,  Azərbaycan və Bolqarıstan həm Qara dəniz həm də Xəzər dənizi arealında stabillik mövzusunda eyni fikirləri bölüşür. Onun sözlərinə görə, tərəflər bir sıra məsələlərlə bağlı razılığa gəliblər.

Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov da öz növbəsində Yekaterina Zaxaryeva ilə həm təkbətək, həm də geniştərkibli görüşlərdə Cənub qaz dəhlizi ilə bağlı tərfdaşlıq, siyasi, iqdisadi, turizm məsələrinin müzakirə olunduğunu deyib. Nazir, həmçinin Bolqarıstanın bütün sənədlərdə Azərbycanın ərazi bütövlüyünü tanımasına diqqət çəkib.

Bolqarıstan Respublikası Baş Nazirinin müavini və Xarici İşlər naziri Yekaterina Zaxaryevanın Azərbaycana səfəri  iyunun 25-dək davam edəcək. Səfər çərçivəsində baş nazir Novruz Məmmədov və Milli Məclisin Sədri Oqtay Əsədovla görüşlər də planlaşdırılır.


Create Account



Log In Your Account