Jul 24 2018 14:34
Views: 541

Bu xalçaların tarixi 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərini əhatə edir. Dəyərli sənət nümunələri  Naxçıvanın Şərur rayonunun erməni işğalından azad edilmiş  Günnüt kəndinə aiddir. 6 ədəd xovlu və xovsuz xalça, eləcə də xalça məmulatlarını “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin sədri, xalçaçı-ekspert Vidadi Muradov aşkar edib. Deyir ki, bu sənət nümunələrinin üzərindəki naxışlar o dövrün adət-ənənəsini, həyat tərzini özündə əsk etdirir.
Xalçaçı-ekspert deyir ki, Günnüt xalçaları Azərbaycanın tarixini yaşadan çox qiymətli eksponatlardır. 
Qədim sənət nümunəsi olan Azərbaycan xalçaları bütün dünyada məşhurdur. Xarici ölkə muzeylərinin ən qiymətli eksponatı hesab olunur. Elə ölkəyə gələn turistlər də Azərbaycan xalçaçılıq sənəti ilə yaxından maraqlanırlar. Xalçaların “Azərbaycan brendi” kimi tanınmasında 2016-ci ildə prezidentin sərəncamı ilə yaradılan “Azərxalça”nın da rolu böyükdür.
“Azərxalça”nın istehsal etdiyi sənət nümunələri xalçaçı-rəssamların hazırladığı çeşnilər əsasında toxunur. Rayonlarda qurumun təşkil etdiyi xalçaçılıq üzrə kurslar da fəaliyyət göstərir. Dərsləri böyük iş təcrübəsinə malik peşəkar xalçaçılar aparır.


Create Account



Log In Your Account