Jun 03 2019 14:47
Views: 623

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikilməsi ilə bağlı işlər davam etdirilir. 4 hərəkət zolağından ibarət yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton çəpərlərin quraşdırılması, ətraf mühitin qorunması tədbirlərinin görülməsi nəzərdə tutulur.

Yeni inşa edilən yol Şabran rayonunun Qəndob yaşayış massivindən Rusiya sərhədinədək uzanan yola birləşəcək. Layihədə nəzərdə tutulan 24 körpüdən 6-da işlər tamamlanıb,  4 körpüdə tamamlanma işləri və 7-də isə geoloji qazınti və tikinti işləri qismən görülüb.


Create Account



Log In Your Account