Oct 08 2019 19:29
Views: 216

Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi məsələsi müzakirəyə çıxarıldı. Milli Məclis sədri Oqtay Əsədov bildirdi ki, Baş nazir Novruz Məmmədov vəzifəsindən azad edilməsi üçün Prezident İlham Əliyevə ərizə ilə müraciət edib. Spiker Novruz Məmmədovun baş nazir kimi fəaliyyətinə görə ona təşəkkürünü bildirdikdən sonra Əli Əsədov haqqında arayış verdi. Baş Nazir postuna yeni namizəd Əli Əsədovu iqtisadi məsələlərə dərindən bələd olan mütəxəssis, mənəvi keyfiyyəltə malik insan kimi dəyərləndirdi. 
Millət vəkilləri də baş nazir təyinatına fikirlərini bildirdilər. Çıxış edənlər Əli Əsədovun indiyədək olan fəaliyyətini müsbət qiymətləndirməklə yanaşı, onun dövlətçilik ənənələrinə sadiq şəxs olduğunu qeyd etdilər. 
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul olundu. Baş nazirliyə təyinatı təsdiqlənən Əli Əsədov ona göstərilən bu yüksək etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirdi. 
Milli Məclis baş nazirliyə təyintaını təsdiqlədikədəən sonra gündəlikdəki digər məsələlər müzakirəyə çıxarıldı.


Create Account



Log In Your Account