Jul 31 2020 18:29
Views: 545

2020-ci ilin dövlət büdcəsində dəyişiklik edilməsi haqqında qanun  Milli Məclisə daxil olub. Sənədə əsasən dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon manat məbləğində olacaq. Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin sair daxilomaları müvafiq olaraq 850 milyon manat və 30 milyon manat artırılır. Beləliklə, 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri ÜDM-in 35,3 faizi həcmində olmaqla, 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,5 milyon manat azdır. Qeyd olunan zəruri xərclərin örtülməsi üçün əlavə maliyyə ehtiyatlarının yaradılması layihədə öz əksini tapıb. Bütövlükdə əlavə tələb olunan 1 milyard 371,5 milyon manat zəruri xərcləri pandemiyanın nəticələrinin aradan qaldırılması,sosial xərclər və digər istiqamətlərdə istifadə olunacaq.  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, büdcəyə təklif edilən dəyişikliklərdə neftin bir barelinin qiymətinin aşağı salınması gözlənilən idi.


Create Account



Log In Your Account