Jun 29 2019 19:06
Views: 319

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib. Kompleksin açılış mərasimində çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev bildirib ki, Azərbaycan sərhədçisi dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayanıb. Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsini Dövlət Sərhəd Xidmətnin mühafizəyə götürməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsi istiqamətində mühüm addım olması xüsusi vurğulanıb.
Elçin Quliyev deyib ki, 7 ay kimi qısa zaman ərzində bu qədər işlərin görülməsi prezident, ali baş komandan İlham Əliyevin sərhəd mühafizəsinə diqqəti nəticəsində mümkün olub. Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan sərhədçilərinin işğalda olan torpaqlarımızın azad olunmasına öz töhfələrini verməyə hər zaman hazır olduğu bildirilib.
Xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif edilib.
Qeyd edək ki, 5 hektar ərazidə yerləşən yeni hərbi hissədə 14,6 min kvadrat metr sahədə inşaat işləri aparılıb, xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb.


Create Account



Log In Your Account