Mar 19 2019 15:07
Views: 373

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının“Qazax”sər­həd dəs­təsinin yeni hərbi his­səsi xidməti istifadəyə verilib. Dövlət Sər­həd Xid­mətinin rəisi Elçin Quliyev Azərbaycan sərhəd­çi­sinin döv­­lət­­çiliyin və sərhəd­lərimizin keşi­yində ayıq-sayıq dayandığını, Dövlət Sər­həd Xidmətinin bütün şəxsi heyəti üçün Ali Baş Ko­man­danın tapşırıqlarını icra etməyin böyük şərəf və yüksək məsuliy­yət­ olduğunu bildi­rib. Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən ke­çən hissəsinin Dövlət Sərhəd Xidmətinin  mühafizəyə götürməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilmə­sinin başlanğıcı olması xüsusi vurğulan­ıb, Azərbay­can sərhədçisinin Ali Baş Komandan İlham Əliyevin əmr və tapşırıqlarını icra etməyə hər zaman hazır olduğu bildirilib. Tədbir zamanı xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif olunub.

Hərbi hissədə xidməti-döyüş fəaliyyətinin yüksək sə­viyyədə təş­kili və sərhədçilərin istirahəti üçün hər cür şə­rait yara­dılıb. Yeni hərbi hissədə qərargah və ida­rəetmə bölmələri üçün binalar kompleksi, müddətli hərbi qulluqçuların kazarma bi­naları, hərbi qulluqçular və ailə üzvləri üçün xidməti mənzillər, tibb mən­təqəsi, tex­niki təyinatlı bina­lar, döyüş texnikası parkı inşa olunmuş, 150 metr də­rinlikdə artezian quyusu qazılıb.

Həmçinin yerli əhaliyə köməklik məqsədilə Dövlət Sərhəd Xidməti yeni kənd tibb məntəqəsinin inşasını davam etdirir. Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və qonaqlar şəxsi heyətlə birlikdə nahar edib. Səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti düşmənlə təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziy­yəti ilə tanış olub, sərhədçi əsgərləri Novruz bayramı münasibətilə təbrik edib.


Create Account



Log In Your Account