Dec 13 2019 16:24
Views: 456

Bu ilin sentyabrında istismara verilən 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasının ərazisində Kiçik Su Elektrik Stansiyası tikilib. İndiyədək “Şimal-2”nin buxar turbininin kondensatorunun soyudulması üçün Xəzərdən götürülən su geri dönərək yenidən dənizə tökülürdüsə, artıq geri qayıdan həmin su yeni tikilən stansiyaya daxil olur və suyun kinetik enerjisindən istifadə edilməklə enerji alınır. Kiçik Su Elektrik Stansiyasının tikintisini yerli mütəxəssislər aparıb. Montaj prosesində xarici mütəxəssislər də iştirak edib. Stansiyanın tikintisi, sifariş verilən avadanlıqların gətirilməsi və montajı bir neçə ayın içində yekunlaşdırılıb. 300 kilovatlıq Kiçik Su Elektrik Stansiyası vasitəsilə il ərzində 2,5 milyon kilovat saata yaxın elektrik enerjisi alınacaq. Bu da ölkənin ikinci böyük elektrik stansiyası olan “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının təsərrüfat ehtiyaclarını ödəməklə, daxili tələbatına sərf olunacaq. Nəticədə bu günə qədər “Şimal” Elektrik Stansiyasının daxili tələbatına sərf olunan elektrik enerjisi qənaət edilərək ümumi sistemə ötürüləcək. “Azərenerji” ASC Reabilitasiya Proqramına uyğun olaraq 2018-ci ilin payızından 12 elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri aparır və artıq 500 meqavata yaxın itirilmiş güc bərpa edilib.


Create Account



Log In Your Account