Jan 28 2019 14:33
Views: 403

Yeni  meyvə və bitkilərin becərilməsi, daha məhsuldar və keyfiyyətli  sortların əldə edilməsi Kənd Təsərrüfatı Nazirliyinin əsas məqsədlərindən biridir. Bu baxımdan, yeni istifadəyə verilən  Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə “Kartof və tərəvəz toxumları istehsalı” kompleksi bu sahənin inkişafına impuls verəcək mərkəzlər sayılır.

Kompleksin laboratoriyalarında ən müasir cihazlar və avadanlıqlar quraşdırılıb. Kompleksdə biotexnologiya laboratoriyası qurulub ki, burada toxumlar üzərində analizlər aparılaraq yetişdirilməsi həyata keçirilir.

İqlim otağı 16 saat aydınlatma və 8 saat qaranlıq rejimdə işləyir. Burada ilk öncə kartof nümunələrininin “melestem” nöqtələri götürülür və xüsusi hazırlanmış qida mühitində əkilir. 15-20 gündən sonra onun qida mühiti dəyişdirilərək başqa qida mühitinə keçirilir. Bitkilər təxminən 5-6 sm-ə qədər böyüdükdə, buğumarası adlandırılan hissələrdən  bölünərək çoxaldılır.

Şitil halına gələn kartof nümunələri adaptasiya otağına köçürülməzdən öncə onlara ilkin mərhələdə baxış keçirilir və hansısa bir virusun olub-olmadığı virusioloji laboratoriyada xüsusi avadanlıqlarla yoxlanılır.

Tərəvəz və kartof bitkilərinin toxumlarının yetişdirilməsi üçün İnstitutun ərazisində 30 hektar açıq sahədə, 6,14 hektarda isə istixana şəraitində kompleks inşa olunub. Bu, Azərbaycanda öz kateqoriyasına görə ilk kompleksdir. Kompleksə bir-birindən izolyasiya olunmuş 7 qapalı istixana daxildir. Burada istixana və açıq sahə şəraitində tərəvəz, bostan və kartof bitkilərinin yeni sort və hibridlərinin yaradılması, onların toxumçuluğun standartlarına uyğun təşkil edilməsi həyata keçirilir. İstixanalarda becərilən əsas tərəvəz bitkilərindən biri kartofdur. Hazırda kartofun “Telman” sortunun yetişdirilməsinin genişləndirilməsi həyata keçirilir.

 

İstixanalarda kələm, bibər,badımcan, kahı, çuğundur, pomidor və digər bitkilərin seleksiyası da aparılır. Hazırda istixanalarda  pomidorun 130 sortu öyrənilir. Eyni zamanda, innovativ üsullardan istifadə olunaraq keyfiyyətli və məhsuldar bitkilərin alınması üçün hibrid toxumların yetişdirilməsi işləri aparılır.

16 hektar sahədə inşa edilən kompleksin ərazisində toxum saxlanma anbarı, toxum emalı məntəqəsi, toxum təmizləmə sexi, istixanalar kompleksi, toxum satış mərkəzləri də yaradılıb. Artıq kompleks yeni sifarişlər də alıb. Yeni əkin mövsümündə fermerlər kompleksin toxumlarından və şitillərindən yararlana biləcəklər. Bununla yanaşı, fermerlərə aqronomluq xitmətlərinin göstərilməsi və laborator analizlərin aparılması da nəzərdə tutulub.


Create Account



Log In Your Account