Jan 04 2019 18:36
Views: 523

Bu ildən ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən bir sıra yeniliklər tətbiq olunur. Vergi Məcəlləsinə xeyli ciddi dəyişikliklər qüvvəyə minib. Sosial sığorta ayırmalarının hesablanmasına və toplanmasına nəzarət Vergilər Nazirliyinin səlahiyyətlərinə daxil edilib. Eləcə də, rüblər üzrə sosial sığorta hesabatları da artıq Vergilər Nazirliyinə təqdim ediləcək. İqtisadçı ekspert Rəşad Əliyev qeyri-dövlət və qeyri-neft sektoru üzrə sosial sığorta ayırmalarının hesablamasında tətbiq edilən dəyişiklikləri əhəmiyyətli hesab edir.

İqtisadçı ekspertin fikrincə, ən mühüm dəyişiklik işçilərin gəlir vergisinin dərəcələri ilə bağlıdır. Belə ki, qeyri-dövlət və qeyri-neft sektorunda işləyən və aylıq maaşı 8000 manatadək olan muzdlu işçilərin əməkhaqqından, ümumiyyətlə, vergi tutulmayacaq. Əməkhaqqının 8000 manatdan çox olan hissəsindən isə 14%  dərəcə ilə vergi tutulacaq. Bu yaxınlarda hansı müəssisələrin bu kateqoriyaya aid ediləcəyinə dair meyarlar açıqlanacaq.

Bu ildən etibarən sadələşdirilmiş vergi ödəyicilərinin sayında azalma olacaq. Artıq Nazirlər Kabineti kiçik sahibkarlıq, mikro sahibkarlıq, orta və iri sahibkarlığın meyarlarını müəyyən edib. Bu meyarlara əsasən, illik dövriyyəsi 200 min manatdan, işçilərinin sayı isə 10 nəfərdən çox olmayan biznes sahibləri, mikrosahibkarlıq subyektləri sayılır. Yeni dəyişiklərə görə, onlar ciddi güzəştlər əldə ediblər.

Vergi qanunvericiliyində nəzərdə tutulur ki, hər hansı bir şəxs müəssisədə xidməti sahibkar kimi və yaxud mülki hüquqi müqavilə əsasında, vergi orqanında uçota durmadan xidmət göstərə bilər. Xidməti müqavilə ilə işləyən şəxs vergi orqanında sahibkar kimi qeydiyyatdadırsa, o zaman bu, mikrosahibkarlıq subyekti kimi hesablanacaq. 2020-ci ildən etibarən bu sahibkarlar 20 faiz yox, 25 faizlik sosial sığorta ayırmalarına cəlb olunacaqlar. Ümumilikdə, vergi qanunvericiliyinə 200-dən çox dəyişiklik qəbul olunub.  


Create Account



Log In Your Account