Oct 07 2019 17:45
Views: 393

Daşkənddə “Azərbaycanca – özbəkcə, Özbəkcə – azərbaycanca” lüğəti nəşr edilb. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə nəşr olunmuş  lüğətin təqdimat mərasimi Daşkənddəki Əlişir Nəvai adına Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində keçirilib.
Azərbaycan və Özbək dilləri eyni kökə malik olmasına baxmayaraq, müxtəlif dövrlər ərzində kənar təsirlər nəticəsində hər iki dilə xeyli yeni sözlər daxil edilib. Başqa dillərin təsiri nəticəsində iki dil arasında  fərqliliklər yaranıb. Bu fikirlər Daşkənddə “Azərbaycanca – özbəkcə, Özbəkcə – azərbaycanca” lüğəti”nin təqdimat mərasimində səsləndirilib. 
Qeyd olunub ki, lüğət məhz, mövcud çətinliklərin, boşluqların aradan qaldırılması məqsədi ilə tərtib edilib.Lüğətdə 23 mindən çox söz və ifadənin qarşılıqlı tərcümələrinin əksini tapıb. 
“Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti ilk dəfədir ki nəşr edilir. Daha əvvəl Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan-Özbək dillərində danışıq kitabçası da tərtib edilib.


Create Account



Log In Your Account