Sep 04 2019 18:27
Views: 414

“Azərbaycanda həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində yeni sənaye sahələri yaradılır, yüksək texnologiyalara əsaslanan müasir müəssisələr açılır”. Bunu Xırdalanda yerli investisiyalar hesabına fəaliyyətə başlayan mebel istehsalı müəssisəsinin açılış mərasimində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib. Bildirib ki, bu cür beynəlxalq standartlara cavab verən rəqabətqabiliyyətli, ixracyönümlü sənaye müəssisələrinin yaradılması ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək.

Xırdalan şəhərində fəaliyyət göstərən mebel müəssisəsinin inşasına bu ilin yanvar ayında başlanılıb. Şirkətə ümumilikdə 3 milyon manata yaxın investisiya qoyulub.

Müəssisədə İtaliya və Türkiyədən gətirilmiş avadanlıqlar quraşdırılıb. Burada il ərzində 1200 dəst müxtəlif növ mebellərin istehsalı nəzərdə tutulur. Qapı, dolab, yataq və digər mebellərin istehsalı, eləcə də, taxtada dekorativ oyma işləri ilə peşəkar ustalar məşğul olur.   

Azərbaycanda istehsal edilən mebellər daxili tələbatın ödənilməsinə yönəlməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcək.


Create Account



Log In Your Account