Apr 10 2019 17:30
Views: 218

"BakuCard" yeni və innovativ məhsul olaraq kart sahiblərinə Bakı şəhərində ictimai nəqliyyatdan və hava limanından şəhərə və əksinə transfer xidmətini həyata keçirən avtobuslardan ödənişsiz istifadə imkanı verir. Bundan əlavə, kart sahibləri Bakı şəhəri üzrə turistik yerlərə gəzintilər həyata keçirən "Baku City Tour" avtobuslarına biletləri 50 faiz endirimlə əldə edə biləcəklər. 
Turistlər Bakucard-ı elə hava limanında əldə edə bilər. Bundan başqa kartı turizm şirkətlərində və otellərdə  də əldə etmək mümkündür. Onlayn olaraq www.bakucard.az saytı vasitəsilə də kartın satışı həyata keçirilir. Kartdan yerli vətəndaşlar da faydalana bilər.
Kart vasitəsilə 20-dən çox muzey və istirahət mərkəzlərinə pulsuz və ya endirimli giriş, 200-dən çox pərakəndə satış mağazasında və ticarət mərkəzində, müxtəlif restoran və kafelərdə endirimlər və ödənişsiz məhsullardan faydalanmaq mümkündür. İlin sonundək layihənin tərəfdaşlarının sayının artması gözlənilir.


Create Account



Log In Your Account