Jul 06 2019 15:29
Views: 159

Vergilər Nazirliyi yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi istiqamətində işləri davam etdirir. Artıq Bakı, Gəncə və Sumqayıt şəhərlərində müvafiq fəaliyyət sahələrində yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi üzrə birinci mərhələ çərçivəsində işlər icra olunur. Yeni kassa aparatları şəbəkə sistemli marketlərdə də quraşdırılır.

Bakı şəhərinin iri marketlər şəbəkəsində sistemin işə düşməsi üçün proqram təminatlarının Vergilər Nazirliyinin informasiya sistemi ilə inteqrasiya edilməsi üzrə işlərin yekunlaşdırılması və vergi ödəyicilərinin texniki imkanlarının yeni tələblərə uyğunlaşdırılması prosesi gedir. Bu proseslər əsas marketlər üzrə iyul ayı ərzində yekunlaşacaq. Yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulmuş qrafik üzrə təsərrüfat subyektlərində təmin ediləcək.

Yeni kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına, dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradacaq.


Create Account



Log In Your Account